İlk səhifə
 
Burda özümün əsasən İnformasiya Texnologiyaları sahəsində apardığım araşdırmalar haqda yazacağam.
Azeronline Awarded
Java Script
PHP
Rashad Aliyev's Facebook profile

Uşaqların İnternetdə təhlükəsizliyi...

05 Noyabr 2008 11:33

İndicə İnternetdə oxuduğum çox maraqlı bir xəbəri sizlərlə də bölüşdürmək istəyirəm.

Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi  və Microsoft - Azərbaycan qurumu tərəfindən  “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirilir.

Layihənin məqsədi uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini  bu problemə cəlb etməkdən ibarətdir.

Artıq  adı çəkilən qurumlar tərəfindən birgə həyata keçirilən Layihə çərçivəsində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlanan kitab  və eyni adlı Plakat  hazırlanıb və nəşr olunub. Bu vəsaitlərdə müasir dövrdə ciddi informasiya-tədris vasitəsinə çevrilən İnternetdə eyni zamanda hansı təhlükələrin olması haqqında xeyli sayda məlumatlar özünə yer alıb. Vəsaitlərdə  uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti ilə bağlı  valideynlər, müəllimlər və uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqında tövsiyələr verilib.

Kitabın və Plakatın pulsuz olaraq məktəblərə və valideynlərə çatdırılması nəzərdə tutulub.

Layihə çərçivəsində həmçinin mövzu ətrafında  maraqlı tərəflərin iştirakı ilə geniş ictimai diskussiyaların və Seminarların keçirilməsi, TV-də  xüsusi verilişlərin təşkil edilməsi nəzərdə tutulub.

şərhlər

Təqdimatlar....

26 Oktyabr 2008 16:12

Dünən Kievdən gəldim.

Gələn kimi də Blogcamp CEE barədə qısa bəzi məlumatları verim.

Statistik məlumata görə 800-dən çox iştirakçı, 100-ə yaxın təqdimat olmuşdur. Bu çox gözəl göstəricidir.

İndi isə qısaca öz fikirlərimi qeyd edim. Orda hamı kimi mən də təqdimat elədim, Təqdimatımın mövzusu "Mobile VAS services" (Mobil Xidmətlər) oldu.

Moble VAS Servces
View SlideShare presentation or Upload your own. (tags: blogcampcee2008)

Sonra ondan başqa Google, microsoft, Kaspersky, yandex və s. kimi təqşkilatların da təqdimatları olmuşdur. 2 gündə eyni vaxtda 6 zalda təqdimatlar olduğu üçün bir çoxlarında iştirak edə bilmirdirm (6 yerə bölünə bilmidrim:). Təqdimatımı I günü hazırlayıb səhər tezdən stendə yaxınlaşanda 1 boş yer tapa bilmədiyim üçün Blogcamp-ın II günü hamıdan qabaq (saat 8 ya da 9 olardı) seminar keçirilən yerə gəlib öz  təqdimatımın adını yazdım. Bütün gecəni yatmayıb yorğun olmağıma baxmayaraq uğurlu təqdimatım oldu.

Ondan başqa xoşuma gələn bir çox təqdimatlar olmuşdur. Bunlardan MapiaWEB təhlükəszliyini göstərə bilərəm. 

Amma bunlara baxmayaraq Seminarın mənfi və müsbət cəhətlərini də qeyd edim.

Mənfi cəhətləri

- WiFi problemləri var idi, İnternet çox yerlərdə tutmurdu

- Saytlarını seminr vaxtdi opertiv yeniləmirdilər.

- Vaxt çox idi (Hər təqdimata 30 + 10 dəqiqə vermişdilər) və ona görə də seminarları I günü tolmuşdu. 

Müsbət cəhətləri

- Çoxlu yeni iştirakçılar var idi

- Seminar vaxtı cədvəl, qeydiyyat aparılan zallarda DJ sakit mahnılar verirdi

- Seminarın Party-sində Reper olan Bloggerlərdən 2-si Blogcamp haqqında Rep dedilər

- Gözəl təşkilatçılıqları var idi (vaxt və s prolemləri yox idi)

Digərləri haqqında öz blokotumda qeyd edim təşkilatçılara vermişdir. Yadımda qalanları isə burda yazdım.

şərhlər

Eurovision haqqında...

26 Oktyabr 2008 16:09

Blogcamp 2008-də, özüm iştirak edə bilməsəm də təsadüfən rastıma orda olan Eurovision 2008 haqqında təqdimat çıxdı.

Denis adlı iştirakçının təqdimatında maraqlı məlumatlar yerləşdiriılib.

şərhlər

Blogcamp 2008 Started...

18 Oktyabr 2008 16:32

Yeahh...Blogcamp CEE 2008 Started.

Blogcamp 2008 Started...


şərhlər(2)

Blogcamp CEE 2008

16 Oktyabr 2008 19:24

Oktyabr-ın 17-19-u tarixində Kiyev-də bloqlar, yeni mediya, sosial şəbəkələr, internet-video və s açıq tipli Blogcamp CEE 2008 Qeyri Konfransı keçiriləcək.

Azərbaycandan mənXəyyam Hüseynzadə orda iştirak etməyi planlaşdırmışıq. Sabah artıq orda olacağıq. İnternet imkanı tapan kimi şəkilləri və s məlumatları bloqumda  yerləşdirəcəyəm.

Blogcamp-da artıq Mobil İnternet (WAP) vasitəsi ilə də daxil olmaq olar. Bunun üçün http://wap.blogcampcee.com/ saytının yatdılmasında onlara köməklik etmişəm. Bu barədə bloqdan oxuya bilərsiz. Həmçinin mini-billion adlı iştirakçı da mobil internetin effekfliyi barədə öz bloqunda qısa bir məqalə yazıb.

Eyni vaxtda paralel olaraq Berlində BarCamp Berlin3 və sonra isə Web həftəsi keçiriləcək. O seminara isə Azərbaycandan İlqar Mirzənin rəhbərliyi ilə 3 nəfər iştirak edəcəklər. Artıq bildiyimə görə onlar çıxıblar. Berlin iştirakçılarına və özümüzə uöur diləyirəm.

Vətənimiz Azərbaycanın adını yüksəltmək üçün seminarda əlimizdən gələni edəcəyik.

şərhlər(2)
Arxiv